Almaniya

Yeganədir: Sərasər 15 mövsümdür ki…

“Bavariya”nın hücumçusu Tomas Müller Bundesliqanın 9-cu turunda “Darmştadt”la görüşdə (8:0) qol vurub.

Aut.az xəbər verir ki, bu, 34 yaşlı Müllerin cari mövsümdə vurduğu ilk qoldur.

“Opta”nın məlumatına görə, Müller “Bavariya”nın tarixində 15 müxtəlif Bundesliqa mövsümündə qol vuran ilk oyunçu olub.

Bundan əvvəl Mehmet Şol, Klaus Auqentaler və Qerd Müller 14 mövsümdə qol vurub.

Müller karyerası ərzində “Bavariya”nın heyətində 676 oyun keçirib, 236 qol vurub və 261 məhsuldar ötürmə edib.

Aut.az