Almaniya

Tanınmış hakim tarixi oyunda zədələndi: Karyerasını bitirə bilər

Almaniyalı hakim Feliks Brix zədə səbəbindən Bundesliqada onun üçün xüsusi matçı başa vura bilməyib.

Aut.az xəbər verir ki. “Ayntraxt” – “Ştutqart” oyunu 48 yaşlı referinin Almaniya çempionatında 344-cü görüşü olub. Bununla çempionatda ən çox qarşılaşma idarə edən Volfqanq Starkın rekordunu təkrarlayıb.

Bu hadisə dördüncü hakim Patrik Şvenqersə Bundesliqada debüt etməsinə səbəb olub.

Almaniya mətbuatı 48 Brixin çarpaz bağlarının qırıldığını iddia edir. Bu da onun karyerasının sonu ola bilər.

Qeyd edək ki, 1999-cu ildə hakim kimi Almaniya Futbol Federasiyasından qeydiyyatdan keçən Feliks Brix Avropa və Dünya çempionatlarında, UEFA-nın bayrağı altında keçirilən yarışlarda ədaləti qoruyub. O, idarəçiliyinə görə dəfələrə fərdi mükafatlar alıb.