İngiltərəDünya futbolu

21-ci əsrd bunu bacaran ikinci futbolçu oldu

İngiltərə çempionatının 13-cü turu çərçivəsində “Bornmut” “Şeffild Yunayted”i məğlub edib -3:1.

Aut.az xəbər verir ki, qollardan birini Castin Klyuvert vurub. Niderlandlı vinger bununla Avropanın top 5 liqasının hamısında qol vurmağa nail olub. O, daha əvvəl “Roma” (A seriyası), “Valensiya” (La Liqa), “Leypsiq” (Bundesliqa) və “Nitsa”da (Liqa1) fərqlənməyi bacarıb.

Kluivert 21-ci əsrdə bunu edən ikinci oyunçu olub. İlk dəfə “Mançester Siti” (Premyer Liqa), “Herta” (Bundesliqa), “Fiorentina” (A Seriyası), “Monako” (Liqa1), “İnter” (A Seriyası) və “Sevilya”da (La Liqa) qol vuran Stefan Yovetiç bu uğura nail olub.

Qeyd edək ki, Castin Niderland futbolunun əfsanəsi Patrik Klyuvertin oğludur.