“Arsenal”ın sabiq futbolçusu öldü
İngilis futbolçu Kevin Kempbell dünyasını dəyişib.
“The Guardian” xəbər verir ki, “Arsenal”ın və “Everton”un keçmiş hücumçusu iyunun 15-də 54 yaşında vəfat edib.
İki həftə əvvəl Kempbellin xəstəxanada ağır vəziyyətdə olduğu məlum olub.
Kempbell 1988-1995-ci illərdə “Arsenal”da çıxış edib, London komandasının heyətində 210 matçda 55 qol vurub. “Topçular”la birlikdə 1990/91 mövsümündə İngiltərə çempionu olub, İngiltərə Kuboku və Liqa Kubokunu, eləcə də Kubokla Kubokunu qazanıb.
Kempbell İngiltərə gənclər komandasının heyətində dörd oyuna çıxıb və bir qol vurub.
Aut.az
