“Liverpul”un əsas transfer hədəfi odur
“Liverpul” klubunun bu yay üçün əsas transfer hədəfi müəyyənləşib.
Aut.az xəbər verir ki, “qırmızılar” “Nyukasl”dan forvard Aleksandr İsakı transfer etməyə hazırlaşır. Bu barədə “The Telegraph” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “sağsağanlar” 25 yaşlı isveçli futbolçunun satışından ən azı 120 milyon funt-sterlinq (təxminən 144 milyon avro) qazanmaq istəyir. Qeyd olunur ki, mersisaydlılar forvardın transferinə də analoji məbləğ sərf etməyə hazırdır.
İsakın “Nyukasl”ın yeni müqavilə ilə bağlı bir neçə təklifini rədd etməsi keçidin reallaşma ehtimalını artırır.
Bu mövsüm Aleksandr bütün turnirlərdə 39 oyun keçirib, 26 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.”Transfermarkt”a görə, transfer dəyəri 100 milyon avrodur.

