İngiltərə

Burada qaz vurub, qazan dolduracaq

“Birmingem Siti”nin yeni baş məşqçisi Ueyn Runinin maaşı komandanın əvvəlki baş məşqçisi Con Yustasın maaşından üç dəfə çox olacaq.

Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Mənbəyə görə, Con həftədə 9 min funt sterlinq (10 387 avro) qazanıb. Öz növbəsində Runinin maaşı həftəlik 29 000 funt sterlinq (33 472 avro) olacaq. Bunun ingilis mütəxəssisin əvvəlki işində – Amerikanın “DC United” klubunda qazandığı maaşdan daha çox olduğu vurğulanır. Orada maaşı həftəlik təxminən 23 653 funt sterlinq (27 300 avro) olub.

Xatırladaq ki, Runinin tezliklə “Birmingem Siti”nin yeni baş məşqçisi olacağı ilə bağlı məlumat dünən, oktyabrın 9-da mətbuatda yer alıb.

Aut.az