“Qalatasaray”la “Fənərbağça” bu ölkədə görüşəcək
Türkiyə Super kuboku matçının yer müəyyənləşib.
Aut.az xəbər verir ki,“Qalatasaray” və “Fənərbağça” komandaları arasında keçiriləcək oyunu Səudiyyə Ərəbistanında baş tutacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Son Türkiyə çempionu ilə kubokun qalibi arasındakı qarşılaşmaya paytaxt Ər-Riyad ev sahibliyi edəcək. Matç 60 min tamaşaçı tutumuna malik “Kral Fəth” stadionunda oynanılacaq.
Qeyd edək ki, oyunun keçirilmə tarixi məlum olmasa da dekabrın son günlərinə təyin edilməsi planlaşdırılır.
