“Qalatasaray” azarkeşləri “Liverpul”un futbolçularını yuxudan belə oyatdılar – VİDEO
“Liverpul” futbolçuları Çempionlar Liqasında “Qalatasaray”a qarşı oyun öncəsi Türkiyədə gözlənilməz gecə sürprizi ilə üzləşiblər.
Aut.az xəbər verir ki, sentyabrın 30-na keçən gecə, komandanın əksər üzvləri vacib görüşdən əvvəl dincəlməyə çalışarkən, İstanbul klubunun azarkeşləri ingilislərin qaldığı otelin qarşısında möhtəşəm fişəng nümayişi təşkil ediblər.
Arne Slot və onun ulduz futbolçuları yuxudan qəfil oyanmalı olublar, çünki atəşfəşanlığın səsi bütün ətrafı bürüyüb.
Parlaq gecə şousunun görüntüləri yerli vaxtla saat 03:55-də sosial şəbəkələrdə yayılıb və qısa müddətdə futbol azarkeşləri arasında böyük maraq doğurub.
Xatırladaq ki, Çempionlar Liqasının “Qalatasaray” – “Liverpul” qarşılaşması bu gün, sentyabrın 30-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Aut.az
Galatasaray fans outside Liverpool’s team hotel last night 🫡pic.twitter.com/L1egfoQ2Ue
— Total Football (@TotalFootbol) September 30, 2025
Good night Liverpool 😴😴
📍İSTANBUL pic.twitter.com/M9BPt5BPzv
— Our Soul Gala (@OurSoul_Gala) September 30, 2025
