Sara İsraildəki hadisələrə ikiüzlü münasibətdən şoka düşüb – FOTO
Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğanın həyat yoldaşı Yaxın Şərqdə baş verən dəhşətli hadisələrdən danışıb.
Aut.az xəbər verir ki, Sara Gündoğan İsraildə baş verənləırə ikili münasibətdən şoka düşdüyünü bildirib.
“Mən hər kəs üçün sevgi və sülhə inanıram. Ancaq bunu başa düşmürəm. Fələstindəki uşaqlar və insanlar da qurbanlardır! Amma bir tərəfdə uşaqları öldürmək pisdir, digər tərəfdə isə biz bunu dəstəkləyirik” – Sara Gündoğan sosial şəbəkələrdə yazıb.
Qeyd edək ki, İsrail-HƏMAS qarşıdurmasında ölənlərin sayı 2 mini keçib.

Aut.az
