İngiltərə

Yanvarda rəsmi müraciət olacaq: Zinçenko alman nəhənginə keçir

London “Arsenal”ının müdafiəçisi Aleksandr Zinçenko yanvarda klubu tərk edəcək.

Aut.az xəbər verir ki,  “Borussiya Dortmund” ukraynalı futbolçunun xidmətində maraqlıdır.

Almaniya komandası əvvəlcə London “Çelsi”sində çıxış edən Renata Veyqa üçün mübarizə aparmağı planlaşdırsa da, o, icarəyə götürülüb və indi “Yuventus”da çıxış edəcək.

“Borussiya” rəhbərliyi müdafiənin sol cinahını gücləndirməyi yanvarda prioritet məqsəd hesab edir, ona görə də Aleksandr Zinçenkonu transfer etmək üçün bütün imkanlardan yararlanmağa hazırdır.

Alman klubu baş məşqçi Nuri Şahini istefaya göndərdiyi üçün yaxın vaxtlarda yeni mütəxəssis təyin etməyi planlaşdırır və bundan dərhal sonra Zinçenkonun transferi üçün “Arsenal”a rəsmi təklif göndərəcək.

Ukraynalı müdafiəçi start heyətində yerini itirib. Bu mövsüm Zinçenko “Arsenal”ın heyətində bütün turnirlərdə 13 oyun keçirib.

Aut.az