Flik 80 milyonluq satışın qarşısını aldı
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçi Fermín Lopesin satılmasına qadağa qoyub.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
İyulun sonunda “Mançester Yunayted” və “Çelsi” 22 yaşlı futbolçunun transferi üçün təxminən 80 milyon avro təklif edib. Mənbənin bildirdiyinə görə, klub ispaniyalının satılmasının tərəfdarı olub. Çünki bu transfer “Barsa”ya yeni oyunçuların qeydiyyatı ilə bağlı problemi həll etməyə imkan verəcəkdi. Lakin alman mütəxəssis buna qarşı çıxıb və maliyyə çətinliklərinə görə yeni futbolçu ilə müqavilə bağlamamağa razılıq verib.
Qeyd olunur ki, bir müddət sonra Səudiyyə Ərəbistanından da oxşar təklif gəlib, lakin bu dəfə Lopes özü Kataloniya klubundan ayrılmaq istəmədiyini bildirib.
