İspaniya

“Barselona” ona qiymət qoydu

“Barselona” uruqvaylı müdafiəçi Ronald Arauxonun transfer qiymətini müəyyənləşdirib.

Aut.az “Fichajes”ə istinadən xəbər verir ki, İspaniya nəhəngi 25 yaşlı futbolçunu 60 milyon avroya buraxmağa hazırdır. Klub onu toxunulmaz hesab etmir və yay transfer pəncərəsində satılmasına razıdır.

Onun transferində ən çox “Mançester Yunayted” maraqlıdır. İngiltərə klubu yayda danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, bu mövsüm Ronald Araujo klub səviyyəsində 12 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aut.az