İspaniya

Alonso ulduz futbolçuya qəzəbləndi: Bu cür davranışa artıq dözməyəcəyəm

İspaniya La Liqasının 2025/26 mövsümünün 2-ci turunda “Real” səfərdə “Ovyedo”nu 3:0 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, Madrid klubunun braziliyalı vingeri Vinisius Junior bu görüşə ehtiyatda başlayıb. O, ikinci hissədə meydana daxil olsa da, oyunda daha çox oyunu ilə deyil, rəqib azarkeşləri və qarşılaşmanın hakimiylə davamlı mübahisələri ilə yadda qalıb.

Futbolçunun bu davranışı baş məşqçi Xabi Alonsonu qəzəbləndirib. “Vinisiusun bu cür davranışına artıq dözməyəcəyəm”, – deyə ispaniyalı mütəxəssis bildirib.

Qeyd edək ki, Mbappe son matçda Vinisiusun ağzını tutmuş, onu ikinci sarı vərəqədən xilas etmişdi.

Aut.az