UEFA-dan ÇL-in finalı ilə bağlı qərar: 3 saat tez…
Çempionlar Liqasının finalları 3 saat əvvəl başlayacaq.
Aut.az xəbər verir ki, UEFA bu mövsümdən etibarən turnirin həlledici görüşlərinin Mərkəzi Avropa vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00) başlayacağını açıqlayıb.
“Bu həll logistikanı və əməliyyatları sadələşdirməklə azarkeşlər, komandalar və ev sahibi şəhərlər üçün ümumi oyun təcrübəsini artırmaq, eyni zamanda bir sıra nəzərəçarpacaq faydalar təmin etməkdir. Məqsədimiz matç gününü tamaşanın bir hissəsi olmaq istəyən hər kəs üçün həqiqətən zövqlü bir təcrübəyə çevirmək, ailələrin və uşaqların ən vacib klub və ən vacib mövsüm matçlarında iştirakını asanlaşdıran qonaqpərvər mühit yaratmaqdır.
Şəhərdən kənarda olan azarkeşlər üçün bu, xüsusən də matçdan sonra ictimai nəqliyyata daha yaxşı çıxış və stadiondan daha təhlükəsiz və daha rahat qayıtmaq deməkdir. Ev sahibi şəhərlər üçün bu, tədbirin müsbət iqtisadi təsirini artıracaq.
Yeni başlama vaxtı həm də daha əlçatan yayım cədvəli yaradacaq, finalın bütün dünyada daha geniş televiziya və rəqəmsal auditoriyaya çatmasına kömək edəcək, xüsusilə gənc tamaşaçıların cəlb edilməsinə diqqət yetirəcək”, – UEFA-nın bəyanatında deyilir.
Aut.az
