İspaniya

Ançelotti ona mesaj göndərdi: Fikrini dəyişsən…

“Real”ın baş məşqçisi Karlo Ançelotti almaniyalı yarımmüdafiəçi Toni Kroos haqda danışıb.

Aut.az xəbər verir ki, Ançelotti Kroosun Avro-2024-dən sonra fikrini dəyişəcəyi və təqaüdə çıxmayacağı təqdirdə klubun necə reaksiya verəcəyi barədə suala belə cavab verib:

“Mən bunu artıq Toni Kroosa demişəm… Əgər o, fikrini dəyişsə, bəlkə də yaxın bir neçə ay ərzində, sadəcə bir telefon zəngi etsə, hər şeyi yenidən başlayacağıq”.

Xatırladaq ki, 2024-cü il may ayının ikinci yarısında Toni Kroos Almaniyada keçiriləcək Avropa Çempionatından sonra karyerasını bitirəcəyini açıqlamışdı.

Aut.az