İspaniya

“Real” Ançelottinin KDÇ ilə bağlı açıqlamasını təkzib etdi: Nə baş verir?

“Real” komandanın baş məşqçisi Karlo Ançelottinin klublararası dünya çempionatında iştirakdan imtina edəcəkləri ilə bağlı açıqlamasına münasibət bildirib.

Aut.az xəbər verir ki, Madrid klubu 65 yaşlı mütəxəssisin sözlərini təkzib edib. İspaniya nəhəngi FİFA-nın 2024/25 mövsümündə təşkil edəcəyi mundialda iştiraklarının heç vaxt şübhə doğurmadığını bildirib: “Klubumuz planlaşdırıldığı kimi, dünyadakı milyonlarla azarkeşimizi bir daha yeni titul ilə sevindirmək üçün bu yarışda böyük həvəslə iştirak edəcək”.

Ançelotti isə sosial şəbəkələrdə müsahibədəki sözlərinin yanlış şərh edildiyini bildirib. “Real”ın klublararası dünya çempionatında iştirak edəcəyini təsdiqləyib.

Qeyd edək ki, sözügedən yarış 2025-ci il iyunun 15-dən iyulun 13-dək yenilənmiş formatda ABŞ-da keçiriləcək. Turnirdə ilk dəfə olaraq 6 konfederasiyanı təmsil edən 32 klub iştirak edəcək.

Aut.az