O, Alonso üçün problemdir: “Real” satmağı düşünür
“Real”la Vinisius Juniorun müqaviləsinin uzadılması ilə bağlı mövqeləri bir-birindən çox uzaqdır.
Braziliyalı hücumçu Kilian Mbappenin kluba gəlişini təhdid kimi qəbul etdi və özünü klubun ən yüksək maaşlı oyunçusu etməyi tələb etdi ki, bu da İspaniya nəhənginin prezidenti Florentino Peresin xoşuna gəlmədi.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Vinisiusun əmək müqaviləsinin uzadılması ilə bağlı müzakirələr yeni baş məşqçi Xabi Alonsonun “Real”a gəlişindən sonra dayandırılıb. Bildirilir ki, raziliyalı oyunçu hazırda Xabi Alonso üçün problemdir.
Bundan əlavə, “Real” Vinisiusun satışını əhəmiyyətli gəlir əldə etmək yolu kimi görür. Daha əvvəl mətbuatda səudiyyəlilərin 25 yaşlı vingerin transferi üçün “Real”a 350 milyon avro təklif edə biləcəyi barədə məlumatlar yayılmışdı.
Aut.az
