İngiltərə

“Yunayted” Onananın yerinə qapıçı tapdı: Bu ölkədə

“Mançester Yunayted” yeni qapıçı axtarışlarını davam etdirir.

Aut.az xəbər verir ki, “qırmızı şeytanlar” diqqətlərini “Antverpen” klubunun qapıçısı Senne Lammensə yönəldib.

Bu barədə “Talksport” məlumat yayıb.

Belçika klubu 21 yaşadək futbolçulardan ibarət Belçika millisinin qapıçısını 17 milyon avro, “Transfermarkt” portalı isə 9 milyon avro qiymətləndirib.

Maraqlıdır ki, qışda “Mançester Yunayted” Lammensə artıq diqqət yetirmişdi.

“Yunayted” Onananın yerinə qapıçı tapdı: Bu ölkədə

“Dünyaca məşhur komanda sizinlə dərhal maraqlananda, bu, xüsusi bir şeydir. Mənim profilim və oyun tərzim Premyer Liqaya uyğun gəlir”, – Lammens deyib.

Ötən mövsüm qapıçı bütün turnirlərdə 44 oyun keçirib, 56 qol buraxıb və 10 oyunda qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, Andre Onana zədə səbəbindən “qırmızı şeytanlar”ın mövsümöncəsi turunu buraxacaq.

Aut.az