“Barselona” uduzdu, ulduzu tənqid hədəfinə çevrildi
“Barselona” bazar ertəsi səfərdə “Jirona”ya 1:2 hesabı ilə məğlub olub. Bu nəticədən sonra kataloniyalılar La Liqada liderliyi itiriblər.
Aut.az xəbər verir ki, İspaniya mətbuatı matçdan sonra “Barsa”nın yarımmüdafiəçisi Frenki de Yonqu sərt tənqid edib. Niderlandlı futbolçu kapitan sarğısı ilə meydanda 90 dəqiqə çıxış edib.
“Marca” nəşri yazıb: “De Yonq topa sahib olmanı effektiv hücuma çevirə bilmir və yaradıcılığı azdır”.
“Mundo Deportivo” isə qeyd edib: “Komandanı yenidən zirvəyə qaytarmaq istəyən yarımmüdafiəçi üçün onda yetərli liderlik keyfiyyəti yoxdur. O, yalnız adi ötürmələr edir və müdafiədə qətiyyətsiz görünür”.
“Sport” nəşri isə belə yazıb: “De Yonq “Barselona” açıq şəkildə üstünlük quranda yaxşı oynayır, lakin balans pozulanda çətinlik yaşayır. Məhz belə məqamlarda onun zəif tərəfləri üzə çıxır”.
Hazırda “Barselona” turnir cədvəlində lider “Real”dan 2 xal geri qalır.
Aut.az
