“Real”da psixoloji cəhətdən sınıbmış
“Betis”də çıxış edən məşhur ispan yarımmüdafiəçi İsko “Real”da keçirdiyi son mövsümlərdən danışıb.
Aut.az xəbər verir ki, yarımmüdafiəçi psixoloji cəhətdən sındığını etiraf edib.
“O zaman mən zehni olaraq pozuldum və vəziyyəti dəyişdirmək üçün kifayət qədər gücüm və səbrim yox idi. Bu vəziyyətdə özümü qurban kimi hiss edirdim, amma əslində mən qurban deyildim”, – İskonun sözlərini “Movistar” sitat gətirib.
İsko 2013-2022-ci illərdə “Real”da çıxış edib. Paytaxt klubunun heyətində yarımmüdafiəçi ümumilikdə 353 rəsmi oyuna çıxıb. O, 53 qol vurub, 57 məhsuldar ötürmə edib.
Xatırladaq ki, 31 yaşlı İsko cari mövsümdə “Betis”in heyətində 27 oyun keçirib. O, altı qol vurub, beş məhsuldar ötürmə edib.
Aut.az
