İspaniya

“Barsa”nın əsas transfer hədəfi odur

“Barselona”nın yayda əsas transfer hədəfi bəlli olub.

Aut.az xəbər verir ki, Sport.es-in məlumatına görə, Kataloniya klubu “Atletiko Madrid”in hücumçusu Julian Alvaresi almağa çalışacaq.

Mənbənin sözlərinə görə, “Barselona” qarşıdakı yay transfer pəncərəsində argentinalı forvardı heyətinə qatmaq üçün əlindən gələni edəcək.

Bu mövsüm Alvares klubda bütün turnirlərdə 27 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Transfermarkt” onun dəyərini 100 milyon avro qiymətləndirir.

Aut.az