Vinisius “Real” forması ilə fotolarını sildi: Nə baş verir?
“Real Madrid”in vingeri Vinisius Junior məşhur sosial şəbəkələrdən birindəki səhifəsindən ispan klubu ilə əlaqəsi haqqında qeydi silib.
Aut.az xəbər verir ki, futbolçu “Real Madrid” forması ilə bir neçə son fotosunu da silib.
Bu, çox güman ki, klublararası dünya çempionatının ilk oyunundakı çıxışından sonra aldığı nifrət dalğası ilə bağlıdır.
Braziliya millisinin forvardının son paylaşımında klubu tərk etmək çağırışları yer alıb. Onun “Əl-Hilal”la oyunda (1:1) çıxışından bəzi azarkeşlər narazı qalıb.
Xatırladaq ki, ötən mövsümün nəticələrinə görə Vinisius “Qızıl top” üçün səsvermədə 2-ci yeri tutub və bu mövsümün nəticələrinə görə dünyanın ən çox dəyər itirən futbolçularından biridir.
Aut.az
