ŞOK: “Barsa” ləğv edilə bilər
“Barselona”nın hakimlərə rüşvət vermək ittihamı ilə məhkəməyə verildiyi barədə məlumat yaymışdıq.
Aut.az “La Vanguardia”ya istinadən xəbər verir ki, ittihamlar sübut olunarsa, “Barsa”nı ağır cəza gözləyir. Kataloniya klubu ya aşağı dəstəyə göndərilə, ya da ümumiyyətlə ləğv edilə bilər.
Hüquqi şəxs kimi “Barselona” korrupsiyada təqsirli bilinərsə, onu cərimə gözləyir. Bununla belə, aşağı dəstəyə göndərilmək və hətta hüquqi şəxsi ləğv etmək də mümkündür.
Ancaq hüquq ekspertləri hesab edirlər ki, “Barselona” günahkar bilinərsə, cərimə cəzasına məhkum ediləcək və daha ciddi nəticələrin olması ehtimalı azdır.
“Barsa” yalnız o zaman günahkar bilinəcək ki, Neqreyraya ödənişlərin hakimlərə təsir məqsədi daşıdığı sübuta yetirilsin. Əks halda iş bağlanacaq.
Bartomeu və Roselli korrupsiyaya görə 6 aydan 4 ilə qədər, pis idarəetməyə görə isə 6 aydan 3 ilə qədər həbs cəzası gözləyir.
Aut.az
