Futbolçular onu kor-koranə izləyirlər – Levandovski Ançelotti haqda
“Barselona”nın və Polşa millisinin hücumçusu Robert Levandovski “Real”ın baş məşqçisi Karlo Ançelottinin işi ilə bağlı fikirlərini bölüşüb.
“Ançelotti inanılmaz dərəcədə təcrübəlidir. Bunu “Real”da da görə bilərsiniz – oyunçular onu kor-koranə izləyirlər. Karlo həmişə oyunçularla çox vaxt keçirən əla məşqçidir. Mənə xüsusi hisslər bəxş etdi. Təkcə özünəinam yox, həm də karyeramda daha bir və ya iki addım ata biləcəyim hissi aşıladı”, – “Madriduniversal” Levandovskidən sitat gətirib.
Robert Levandovski 2016/2017 mövsümündə italiyalı mütəxəssisin rəhbərliyi altında “Bavariya”da çıxış edib.
Ançelotti Avropanın ən yaxşı 5 liqasında çempionluğu, eləcə də dörd dəfə Çempionlar Liqasını qazanan yeganə məşqçidir.
Aut.az
