İspaniya

Prezidentin onu öpməsi xoşuna gəlibmiş, həvəslə danışır – VİDEO

İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubialesin dünya çempionatının mükafatlandırma mərasimi zamanı İspaniya millisinin futbolçusu Cenni Hermosonu öpməsi ilə başlayan qalmaqal səngimək bilmir.

Aut.az xəbər verir ki, sosial şəbəkədə bu qalmaqalla bağlı yeni video yayılıb. Videodan görünür ki, federasiya prezidentinin onu öpməsi Cenninin xoşuna gəlib. O, bu barədə komanda yoldaşlarına həvəslə danışır. Jurnalist Alvis Peresin sosial şəbəkədə yaydığı bu videonu təqdim edirik: