“Barselona”ya bəd xəbər: 4 həftəlik sıradan çıxdı
“Barselona”nın müdafiəçisi İniqo Martinez tezliklə komandasına kömək etməyəcək.
Aut.az xəbər verir ki, o, İspaniya Superkubokunun “Real Madrid”lə final oyununda (5:2) Martinez sağ bud nahiyəsindən zədə alıb. Bu səbəbdən futbolçu 28-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb.
“Barsa” 33 yaşlı futbolçunun təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.
Qeyd edək ki, Martinez bu mövsüm “Barselona”nın heyətində bütün yarışlarda 27 oyuna çıxıb.
Aut.az
