Pedri onu “Barselona”da gözləyir
İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Pedri Xulian Alvaresin Kataloniya klubuna mümkün transferi ilə bağlı fikirlərini bildirib
“Barselona”nın almaq istədiyi argentinalı hücumçu bu yaxınlarda “Atletiko”dan ayrılmaq istədiyini açıqlayıb.
Aut.az xəbər verir ki, “Marca” qəzeti Pedridən sitat gətirib:
“Xulian mənim xoşuma gələn oyunçudur və həmişə demişəm ki, ən yaxşı oyunçular “Barselona” da oynayanda xoşuma gəlir.
Bunun reallaşması üçün çox şey baş verməlidir. Klubun işlərinə qarışmaq istəmirəm. Ümid edirəm ki, müqavilə bağlanacaq, bu, çox yaxşı olardı”.
Aut.az
