İspaniyaDünya futbolu

Özünü dünyanın ən yaxşısı saymır: Lobanovski, Ferqyuson var

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti futbolçularla necə ünsiyyət qurmağa çalışdığından danışıb.

Aut.az xəbər verir ki, o, özünü dünyanın ən yaxşı məşqçisi hesab etmədiyini də bildirib.

“Mən oyunçulara və işlədiyim insanlara eyni münasibət göstərməyə çalışıram. Nəyəsə müdaxilə etmirəm. Mən çavuş deyiləm. Olduqca sakitəm, amma qaydalarım var. Birincisi hörmətdir. Onlara hörmət etməyə çalışdığım kimi, mənə də hörmət olunmasını istəyirəm.

Bir insanla yaxşı münasibət qurmağa çalışıram. Futbolçu ilə təkcə futboldan danışmıram. Biz hər şeydən – ailədən, dostlardan, yeməklərdən, siyasətdən danışırıq. Mən oyunçudan çox insan haqqında düşünürəm. Şəxsi münasibətlərlə bir az daha çox şey əldə edə bilərsiniz.

Özümü son bir neçə ilin ən yaxşı məşqçisi hesab etmirəm. Mən çox titul qazanmışam, amma məndən də çox qalib gələn məşqçilər var. Ferqyuson, Qvardiola və ondan əvvəl Lobanovski”, – Ançelotti deyib.

Aut.az