İspaniya

Heç bir qapıçı bunu etməmişdi, Kurtua etdi – Antirekord

“Real Madrid”in belçikalı qapıçısı Tibo Kurtua La Liqada 21-ci əsrin klub antirekorduna imza atıb.

Aut.az xəbər verir ki, o, “Espanyol”la matçda (4:1) avtoqolla yadda qalıb.

“Opta” statistik nəşrinə görə, Kurtua bu əsrdə avtoqol vuran ilk “Real” qapıçısıdır.

Xatırladaq ki, “Espanyol” 54-cü dəqiqədə Tibo Kurtuanın avtoqolundan sonra hesabda önə keçib. 4 dəqiqə sonra “Los Blancos”un müdafiəçisi Daniel Karvaxal hesabı bərabərləşdirib.

75-ci dəqiqədə braziliyalı Rodriqo meydan sahiblərini hesabda irəli çıxarıb. 78-ci dəqiqədə Vinisius Junior “Espanyol”un qapısına 3-cü qolu vurub. 90-cı dəqiqədə Kilian Mbappe penalti zərbəsi ilə son nəticəni müəyyənləşdirib.

Aut.az