Ən böyük təhlükə əlində pul olan bu insanlardır: Hər an…
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Səudiyyə Ərəbistanından olan klubların transfer siyasətindən danışıb.
“Biz Andrea Berta (“Atletiko”nun idman direktoru) və Migel Angel Gil (baş menecer) ilə nələrin baş verə biləcəyi haqda danışdıq. Dedim ki, biz nə etməliyik? Nə baş verməlidirsə, olacaq.
Səudiyyə Ərəbistanı ilə bağlı vəziyyət daha iki həftə davam edəcək. Ən böyük təhlükə Avropa bazarı deyil.
Əlində pulu olan insanların yaxın iki həftə ərzində hər an daxil olması ən böyük təhlükədir”, – “Marca” Simeonedən sitat gətirib.
Aut.az
