İspaniya

Sən dəlisən: Yamaldan onun oyununa reaksiya

“Barselona”nın cinah oyunçusu Lamin Yamal 3 yanvar şənbə günü İspaniya çempionatının 18-ci turunda “Espanyol”a 2:0 hesabı ilə qalib gəldikləri matçda qapıçı Joan Qarsiyanın oyununa münasibət bildirib.

Aut.az xəbər verir ki, “Barsa”nın qapıçısı matçda yeddi seyv edib.

Yamal sosial mediada Qarsiyanın matçdan çəkdirdiyi fotoya “Sən dəlisən” şərhini yazıb.

Bu mövsüm 24 yaşlı qapıçı bütün yarışlarda 15 oyunda meydana çıxıb və altı dəfə qapısını toxunulmaz saxlayıb. Onun müqaviləsi 2031-ci ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 30 milyon avrodur.

Aut.az