Arda oynamadı, Ançelotti dedi ki…
“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 12-ci turunda “Rayo Valyekano”ya qarşı matçda (0:0) Arda Gülərin meydana çıxmama səbəbi haqda danışıb.
Aut.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında bu barədə verilən sualı belə cavablandırıb:
“Arda Gülərin meydana çıxması üçün düzgün vaxt olmadı. Qarşıda çox vaxt var. Səbrli olmalıyıq. Bu barədə dünən danışdıq, yaxında oynayacaq”.
Qeyd edək ki, zədəsini sağaldan A.Gülərin “Rayo Valyekano”ya qarşı görüşdə rəsmi debüt edəcəyi gözlənilirdi.
