İspaniya

Simeone: Mənim üçün dərs olacaq

“Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone La Liqanın ilk turunda “Espanyol”a 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

Aut.az xəbər verir ki, o, bu nəticədən dərs çıxaracaqlarını bildirib:

“Qısa analiz belədir: biz uduzduq, amma mən meydana çıxan müsbət məqamlara diqqət yetirirəm. Əsas məqamlarda kifayət qədər səmərəli olmadıq. Yulianla epizodda qol vura bilərdik, amma futbol gözəldir. Rəqib standart vəziyyətdən istifadə etdi.

Qoldan əvvəl oyunu yaxşı idarə edirdilər. Matç yaxşı gedirdi və biz daha təzə oyunçulara şans vermək istəyirdik. Mənə Almada, Aleks və Conni xoş təsir bağışladı. Mənim qədər qələbə istəyən yoxdur, amma biz uduzduq.

Bu görüş mənim üçün dərs olacaq. Nəticə ən vacib məqamdır, amma onun istisnasında yaxşı anlar gördük. Lakin daha səmərəli olmalıyıq, çünki rəqabət üçün bu vacibdir”.

Aut.az