Yaponiya “Barsa”nın əfsanəsinə qarşı ittiham irəli sürdü
“Barselona”nın keçmiş yarımmüdafiəçisi Andres İnyesta Yaponiyada vergidən yayınmaqda ittiham olunur. İspan 2018-2023-cü illərdə yerli “Vissel Kobe”nin heyətində çıxış edib.
Aut.az xəbər verir ki, COPE-nin məlumatına görə, İnyesta klubdan əldə etdiyi gəliri bəyan etməyib. Ümumilikdə İnyestanın bəyan olunmamış gəliri 5,2 milyon avro təşkil edib. Futbolçu Asiya ölkəsinin xəzinəsinə ümumilikdə 3,5 milyon avro vergi ödəməlidir.
Qeyd edək ki, ispaniyalı “Vissel Kobe”də çıxış etdiyi müddətdə bütün turnirlərdə 134 matçda iştirak edib, 26 qol vurub, 25 məhsuldar ötürmə edib. Hazırda Andres “Emirates”də oynayır.
Aut.az
