Dünya futbolu

Rodrigesdən o şayiəyə reaksiya: Hamısı yalandır

Bir neçə gün əvvəl mətbuatda Xames Rodrigezin 2026-cı il Dünya Kubokundan sonra karyerasını bitirə biləcəyi barədə xəbərlər yayılmışdı.

Aut.az xəbər verir ki, Kolumbiya millisinin kapitanı bu xəbərlərə reaksiya verib:

“Bunu kimin dediyini bilmirəm. Düşünürəm ki, bunu Kolumbiyada ediblər – baxış və bəyənmə üçün. İnsanlar bu şeylər haqqında daha çox məlumatlı olmalıdırlar. Nə qədər oynamaq istədiyimi yalnız mən bilirəm. Təqaüdə çıxacağımı əvvəlcədən elan edəcəyəm, amma indi yox. Düşünürəm ki, hələ bir neçə ilim qalıb. Deyilənlərin hamısı yalandır”, – Ceyms “Apple TV”yə bildirib.

Dünya Kubokunun qrup mərhələsində Kolumbiya Özbəkistan, Konqo Demokratik Respublikası və Portuqaliya ilə oynayacaq.

Aut.z