Görün PSJ-də Xviçaya kimin nömrəsi veriləcək
“Napoli”nin vingeri Xviça Kvaratsxeliya PSJ ilə rəsmi müqaviləni yanvarın 17-də imzalamalıdır.
Aut.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.
Mənbənin məlumatına görə, Parisdə gürcü futbolçu əvvəllər Killian də olan yeddi nömrəli formanı geyinəcək. Forvard keçən yay “Real Madrid”ə keçəndən sonra bu nömrə boş qalıb.
Kvaratsxeliya “Napoli”nin heyətində 77 nömrəni geyinib.
Daha əvvəl mətbuatda Kvaratsxeliyanın transferinin məbləğinin 70 milyon avro olacağı bildirilirdi.
Aut.az
