Dünya futbolu

Onu xilas etdilər

“Nitsa”nın yarımmüdafiəçisi Aleksis Beka-Beka xilas edilib.

Aut.az xəbər verir ki, təcili yardım xidmətləri və psixoloqlar futbolçunu intihar etməkdən xilas ediblər və o, hazırda təhlükəsiz yerdədir.

Xatırladaq ki, bu gün səhər saatlarında Aleksis Beka-Beka Nitsada magistral yolda yerləşən Maqnan körpüsünün kənarında dayanaraq intihar edəcəyini bildirmişdi.

Aut.az