Mbappenin taleyi bəlli oldu – Əl-Xəlaifi açıqladı
PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi komandanın hücumçusu Kilian Mbappenin növbəti mövsümdə Paris klubunda qalacağını bildirib .
“Kilian Mbappe PSJ-nin oyunçusudur. Ona sahib olduğumuz üçün xoşbəxtik və gələn mövsüm də ona sahib olacağıq. O, bu klubu sevir və fantastik oyunçudur. O, dünyanın ən yaxşı oyunçusudur. Biz çox xoşbəxtik”, – jurnalist Adrian Qrayner sosial şəbəkələrdə Əl-Xəlaifidən sitat gətirib.
Xatırladaq ki, ötən yay Mbappe parislilərlə müqaviləsini 2025-ci ilin yayına qədər yeniləməkdən imtina etmişdi. Fransalı hücumçunun xidmətində “Real”ın maraqlı olduğu bildirilirdi. Forvardın Paris klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır. Bu mövsüm 24 yaşlı Mbappe Fransa çempionatında PSJ-nin heyətində 5 oyun keçirib və 7 qol vurub.
Aut.az
