Dünya cempionatıDünya futbolu

San Marino DÇ-2026-ya vəsiqə qazana bilər: Bu halda

San Marino milli komandasın Avropa zonası üzrə seçmə mərhələnin qrup mərhələsində tutduğu yerdən asılı olmayaraq, 2026-cı il dünya çempionatının iştirakçıları sırasında olmaq şansı var.

Aut.az xəbər verir ki, 14 Millətlər Liqasının qrup qaliblərindən 10-u birbaşa Dünya Kubokuna vəsiqə qazanarsa, komanda avtomatik olaraq pley-offda iştirak etmək hüququ əldə edə  bilər.

Belə olan halda, FİFA reytinqində sonuncu, 210-cu yeri tutan komanda Moldova, Şimali İrlandiya və Şimali Makedoniya komandaları ilə mundiala vəsiqə uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, San Marino yığması Millətlər Liqasının qrupunda Cəbəllütariq və Lixtenşteyn komandalarını üstələyərək birinci yeri tutub.

Aut.az