Dünya futboluİspaniya

“Real” “Qızıl top” mərasimini yenə də boykot etdi

Real Madrid “Qızıl top” mərasimini boykot etməyə davam edəcək.

2024-cü ildə Madrid klubu mükafatın Vinisiusa verilməyəcəyini öyrəndikdən sonra nümayəndə heyətinin tədbirə səfərini ləğv etdi.

Aut.az xəbər verir ki, “The Athletic”in məlumatına görə, “Real” bu il də eyni şeyi edəcək. “Real”ın oyunçularının həm əsas mükafat, həm də ən yaxşı gənc oyunçu və ən yaxşı qapıçı mükafatları uğrunda mübarizə aparmasına baxmayaraq, bugünkü “Qızıl top” mərasimində klub nümayəndələri olmayacaq.

Aut.az