Formula 1

Hesabat tələb etdi: Cərimələrdən yığılan pullar hara gedir?

“Ferrari” sürücüsü Şarl Lekler Beynəlxalq Avtomobil Federasiyasından (FIA) idmançılara verilən cərimələrdən gələn pulların hara getdiyi barədə sürücülərə hesabat verməsini istəyir.

Aut.az xəbər verir ki, yarış vaxtı sükan arxasında söydüyünə görə cərinələnən idmançı bu barədə “La Repubblica”ya açıqlama verib:

“Biz qaydaları pozduğumuzy biləcək qədər ağıllıyıq. Trasda situasiyaları qərəzsiz qiymətləndirən stüardın olması vacibdir. Lakin heç kimə ünvanlanmayan sözlərə görə insanları cərimələmək absurddur. Biz çox şey istəmirik, sadəcə bir az sağlam düşüncə tələb edirik. Həmçinin daha çox şəffaflıq olmalıdır. Məsələn, cərimələrdən yığılan pullar hara gedir? Bu günə qədər heç bir cavab almamışıq”.

Aut.az