Formula 1

Formula 1-in sabiq pilotu həbs edildi: Cinayətkar qrupun üzvü olub

Keçmiş Formula 1 sürücüsü Adrian Sutil dələduzluqda şübhəli bilinərək həbs edilib.

Aut.az xəbər verir ki, bu barədə “Racing News 365” yazıb.

Polis üç ünvana baş çəkib və axtarışlar aparıb: Monakoda, İsveçrədə və Almaniyada.

Sutil isə dələduzluqda və mənimsəmədə şübhəli bilinən beynəlxalq cinayətkar qrupa qarşı aparılan cinayət işi çərçivəsində Ştutqartda həbs edilib.

Almaniya prokurorluğu Sutil ətrafında baş verənləri şərh etməkdən imtina etsə də, onun son illərdə dəbdəbəli avtomobil alveri ilə məşğul olduğu məlumdur.

Qeyd edək ki, bu, alman sürücünün qanunla ilk qarşılaşması deyil. 2011-ci ildə o, şampan şüşəsi ilə “Lotus” F1 komandasının o vaxtkı rəhbəri Erik Luksun boynuna zərbə endirib. Nəticədə Sotilə 18 ay sınaq müddəti və külli miqdarda pul cəzası kəsilib.

Adrian 2007-2014-cü illərdə Formula 1-də yarışıb.

Aut.az