“Arsenal”ın ulduzu nişanlandığını təsdiqlədi – FOTOLAR
“Arsenal”ın ulduzu Bukayo Saka və onun sevgilisi Tolami Bensonun nişanlandıqları barədə məlumat vermişdik.
Aut.az xəbər verir ki,cütülük bu barədə yayılan məlumatı rəsmən təsdiqləyiblər. Onlar köhnə Hollivud filmlərindəki kimi ağ-qara fotolarla nişanlandıqlarını təsdiqləyiblər.
Xəbəri ilk olaraq Britaniyanın “The Sun” tabloidi yayıb və qeyd edib ki, 24 yaşlı futbolçu gələn ay 25 yaşını qeyd edəcək sevgilisinə evlilik təklifi edib. Cütlük beş ildir birlikdə idi və indi rəsmi olaraq münasibətlərini növbəti səviyyəyə qaldırırıblar.
Saka və Tolami noyabrın 17-də nişanlanıblar.
Посмотреть эту публикацию в Instagram
