Qab yumaq ona baha başa gəldi: Əməliyyat olundu
“İpsviç” klubunun müdafiəçisi Aksel Tuanzebe mətbəx qəzasında baş barmağını itirmək təhlükəsi ilə üzləşib.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Tuanzebe keçən həftə qab yuyarkən stəkanı sındırıb. Parçalardan biri 26 yaşlı futbolçunun əlində dərin yaraya səbəb olub. Nəticədə təcili tibbi yardım çağrılıb.
Qeyd edilir ki, Tuanzebenin baş barmağının amputasiya riski olsa da, həkimlər əməliyyat zamanı onu xilas edə biliblər.
Nəticədə futbolçu ən azı yarım ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Tuanzebe “Mançester Yunayted”in yetirməsidir. O, klubda 37 oyuna çıxıb. Keçən mövsüm Tuanzebe “İpsviç”in Premyer Liqaya yüksəlməsinə kömək edib.
Aut.az
