32 yaşlı Uilşir bu klubu çalışdıracaq
Cek Uilşir “Arsenal”ın 18 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi postunu tərk edərək “Norviç”i çalışdıracaq.
Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Uilşer 2022-ci ilin yayında futbolçu karyerasını bitirdikdən dərhal sonra London klubunda işə başlayıb. Futbolçu kimi “Arsenal”da 200-ə yaxın oyuna çıxıb. O, İngiltərə millisində 34 oyun keçirib.
“Norviç” Çempionşipdə oynayır və 10 turdan sonra turnir cədvəlində 7-ci yerdədir.
Aut.az
