İngiltərəİspaniya

Qvardiola ona görə bu klubun oyunlarına baxır

“Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola “Jirona”nın La Liqanın cari mövsümdəki çıxışını yaxından izləyir.

Aut.az xəbər verir ki, ispaniyalı mütəxəssis xüsusisən “şəhərlilər”ə məxsus sağ cinah müdafiəçisYan Koutonun çıxışına nəzər yetirir. 2024-cü ilin yayında “Siti”nin düşərgəsinə dönəcək 21 yaşlı braziliyalı futbolçu yeni mövsümdən əsas komandanın üzvlərindən biri olmaq şansına sahibdir. Bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Mənbə qeyd edir ki, Qvardiola artıq 21 yaşlı müdafiəçinin gələcəyini düşünür və ona növbəti mövsümdə şans verməyə meylli görünür.

Bu mövsüm Yan Kouto İspaniya çempionatında 16 oyun keçirib, 1 qol və 5 məhsuldar ötürmə edib. Onunla “Milan”nın maraqlandığı barədə iddialar da var.

Qeyd edək ki, “City Groupe” şirkəti “Mançester Siti” və “Jirona”nın ortaq sahibidir.