“Çelsi” Avropa çempionu üçün hərəkətə keçdi
“Çelsi” “Atletik Bilbao”nun vingeri Niko Uilyamsın transferi üçün İspaniya klubu ilə danışıqlara başlayıb.
Aut.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.
Mənbənin sözlərinə görə, ispaniyalı futbolçunun müqaviləsində 58 milyon avro məbləğində sərbəstqalma bəndi var ki, İngiltərə nəhəngi bu vəsaiti ödəməyə hazırdır. 22 yaşlı hücumçu nüfuzlu yarışlarda oynamaq istəyir. Buna görə də London klubu Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Uilyamsın potensial transferi çətinə düşəcək.
Qeyd edək ki, Uilyams bu mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib. İspaniya millisi ilə AVRO-2024-ün qalibi olan futbolçunun klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.”Transfermarkt”a görə, onun bazar dəyəri 70 milyon avrodur.
Aut.az
