Avropa nəhəngləri onun uğrunda mübarizəyə qoşuldu
“Atalanta”nın yarımmüdafiəçisi Ederson qış transfer pəncərəsində komandanı tərk edə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.
25 yaşlı braziliyalı futbolçu uğrunda “Mançester Siti”, PSJ və “Yuventus” mübarizə aparır.
Onun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir. “Transfermarkt” portalı Edersonun dəyərini 40 milyon avro qiymətləndirir.
Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 17 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
