Reytinq yeniləndi: Ən çox maaş alan 10 məşqçi
Simone İndzaqi klubunu dəyişdikdən sonra dünyanın ən çox maaş alan 2-ci məşqçisi oldu.
Daha əvvəl “Əl-Hilal2 İndzaqinin baş məşqçi təyin olunduğunu açıqlamışdı .
“İnter”in sabiq çalışdırıcısının Səudiyyə klubunda ildə 25 milyon avro və 4-5 milyon bonus alacağı bildirilir.
Aut.az xəbər verir ki, “Transfermarkt”ın məlumatına görə, yalnız “Atletiko”nun baş məşqçisi Dieqo Simeone daha yüksək maaş alır – ildə 34 milyon.
“Transfermarkt”ın versiyasına görə ən çox maaş alan10 klub məşqçisinin reytinqi:
1.Dieqo Simeone (“Atletiko”) – illik 34 milyon avro;
2.Simone İndzaqi (“Əl-Hilal”) – 26 milyon avro;
3.Pep Qvardiola (“Mançester Siti”) – 24,8 milyon avro;
4.Mikel Arteta (“Arsenal”) – 18,7 milyon avro;
5.Stefano Pioli (“Əl-Nəsr”) – 15,5 milyon avro;
6.Devid Moyes (“Everton”) – 15 milyon avro;
7.Luis Enrike (PSJ) – 11,5 milyon avro;
8.Matias Yayssle (“Əl-Əhli”) – 11,5 milyon avro;
9.Joze Mourinyo (“Fənərbağça”) – 11 milyon avro;
10.Loran Blan (“Əl-İttihad”) – 10 milyon avro.
Aut.az
