Dünya futbolu

Van Qalla mübahisə edən yeganə şəxs idi – Enrike Joze haqda

İspaniya yığmasının baş məşqçisi Luis Enrike “Roma”nın çalışdırıcısı Joze Mourinyo haqda fikirlərini bölüşüb.

Xatırladaq ki, Mourinyo 1997-2000-ci illərdə “Barselona”da Lui van Qalın köməkçisi işləyib. Luis Enrike o vaxt kataloniyalıların heyətində futbolçu kimi çıxış edib. Enrike Jozenin Van Qalla mübahisə etdiyini bildirib:

“Heç kim onun indiki Mourinyo olacağını gözləmirdi. O, sakit idi, ancaq Van Qalla mübahisə etməyə cəsarət edən yeganə şəxs idi. Hələ də onunla əlaqə saxlayıram. Mən onu çox bəyənirəm”.

Aut.az